İran-ABŞ danışıqları nə vaxt baş tutacaq?

Dünya

06.05.2025 17:00

18

İran və ABŞ nümayəndə heyətləri arasında nüvə proqramı ilə bağlı danışıqların dördüncü raundu mayın 11-də Omanın paytaxtı Maskatda keçiriləcək. 

TodayPress xəbər verir ki, bu barədə İranın “Nour News” agentliyi məlumat verib.

Xatırladaq ki, aprelin 26-da keçirilən üçüncü raundda ABŞ tərəfini Donald Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff, İran tərəfini isə xarici işlər naziri Abbas Əraqçi təmsil edib. Danışıqlarda Tehranın dinc nüvə enerjisi hüququnu saxlamaqla, nüvə silahından imtina etməsi və əvəzində sanksiyaların ləğvi məsələsi müzakirə olunub.

ABŞ dövlət katibi Marko Rubio isə bildirib ki, İran nüvə enerjisini dinc məqsədlərlə istifadə etmək istəyirsə, beynəlxalq müfəttişlərin obyektlərə girişinə şərait yaratmalıdır.

Qeyd edək ki, dördüncü raund mayın 3-də baş tutmalı idi.

Türkan İsgəndərli

tag: ABŞ,İran,Nüvə,Oman,todaypress.az,