İran-ABŞ danışıqları başa çatdı - YENİLƏNDİ
İran və ABŞ arasında nüvə proqramı ilə bağlı danışıqların ikinci raundu başa çatıb.
TodayPress xəbər verir ki, bu barədə "IRIB" məlumat yayıb.
Bildirilib ki, görüşlər konstruktiv atmosferdə keçib və planlaşdırıldığı kimi yekunlaşıb.
Tərəflər nüvə problemi və İrana qarşı sanksiyaların yüngülləşdirilməsi məsələlərini müzakirə ediblər. Nəticələr barədə məlumat hələ açıqlanmayıb.
Qeyd edək ki, iclas Romada keçirilib.
Türkan İsgəndərli
***
15:26
Romada ABŞ və İran arasında nüvə sazişi üzrə danışıqların ikinci raundu başlayıb.
TodayPress xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti (IRIB) məlumat yayıb.
Məsləhətləşmələr Oman səfirinin iqamətgahında keçirilir.
İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçi, Amerika nümayəndə heyətinə isə ABŞ prezidentinin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff başçılıq edir.
Türkan İsgəndərli
tag: İran,ABŞ,Roma,Danışıqlar,Todaypress.az,