İrakli Kobaxidze “Gürcü Arzusu”nun sədri seçildi

Dünya

07.05.2025 14:42

8

Baş nazir İrakli Kobaxidze “Gürcü Arzusu”nun sədri seçildi. 

TodayPress xəbər verir ki, Kobaxidze Tbilisidə keçirilən qurultayda seçilib. 

Partiyanın əvvəlki sədri İrakli Qaribaşvili siyasətdən getdiyini bəyan etdikdən sonra bu vəzifə boş qalmışdı. 

Qeyd edək ki, İrakli Kobaxidze 2021–2024-cü illər ərzində də “Gürcü Arzusu”nun sədr vəzifəsini icra edib.

tag: İrakli Kobaxidze , Gürcüstan, Baş Nazir,Gürcü Arzusu,Todaypress.az,