“iPhone” istifadəçilərinə şad xəbər: kameralarını pulsuz təmir etdirə biləcəklər

Dünya

02.11.2024 18:20

1116

“Apple” qüsurlu “iPhone 14 Plus” cihazlarında kameranı pulsuz təmir etməyə razılaşıb. 

TodayPress xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb. 

Noyabrın əvvəlində Apple etiraf edib ki, 2022-ci ilin payızında buraxılan “iPhone 14 Plus”ın kamerasında problem var. Məlum olub ki, əsas kamera ilə çəkiliş zamanı önizləmə funksiyası bəzi cihazlarda işləmir. Şirkət nümayəndələrinin sözlərinə görə, problem cihazların kiçik bir hissəsinə təsir edib.

“Apple” pulsuz təmir proqramını işə salıb. “iPhone” sahibləri cihazın pulsuz xidmət üçün uyğun olub-olmadığını şirkətin saytında seriya nömrəsi vasitəsilə yoxlaya bilərlər. 

İT nəhəngi mütəxəssisləri bildiriblər ki, problemdən əziyyət çəkən smartfonlar 2023-cü il aprelin 10-dan 28 aprel 2024-cü ilə qədər istehsal olunub.

Şirkət qeyd edib ki, nasaz cihazların sahibləri ən yaxın “Apple Store”dan, səlahiyyətli xidmət mərkəzindən kömək istəyə və ya smartfonu poçt vasitəsilə “Apple”a göndərə biləcəklər. İstifadəçilər cihazın satın alındığı tarixdən üç il ərzində pulsuz təmir hüququnu saxlayacaqlar.

Töhfə Səməd

tag: Apple, İT, Mütəxəssislər, Problem, Kamera, todaypress.az,