İordaniyanın yeni Baş naziri təyin edildi
Dünya
15.09.2024 17:44
İordaniya kralı II Abdullah Cəfər Həsəni yeni Baş nazir təyin edib.
TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
O, Bişer əl-Xasavnenin kabinetinin istefasını qəbul etdikdən sonra Cəfər Həsənə yeni kabineti formalaşdırmağı tapşırıb.
Qeyd edək ki, C.Həsən 2014-cü ildə İordaniya kralı II Abdullahın ofisinin rəhbəri olub. 2018-ci ildə o, Baş nazirin iqtisadi məsələlər üzrə müavini təyin edilib və ona dövlət borcunun azaldılması istiqamətində islahatların aparılması tapşırılıb.
Günəş Mərd
tag: İordaniya,Baş nazir,Cəfər Həsən,İstefa,Todaypress.az,