İordaniyadan Qəzzaya yardım aparan 3 yük maşını aşdı - 2 ölü, 2 yaralı

Dünya

24.06.2024 09:28

İordaniya ordusunun internet saytında verilən yazılı açıqlamada, dünən Qəzza zolağına gedən humanitar yardım karvanının tərkibində olan 3 hərbi yük maşınının aşdığı bildirilib.

TodayPress xəbər verir ki, açıqlamada, paytaxt Əmmanın qərbində Ölü dəniz bölgəsi yaxınlığında baş verən qəzada 2 əsgərin həyatını itirdiyi, 2-nin isə yaralandığı bildirilib.

İordaniya hökumətinə bağlı İordaniya Haşimilərə Yardım Təşkilatının məlumatlarına görə, Əmman hökuməti dekabr ayından Qəzza zolağına 2110 humanitar yardım maşını göndərib.

 
GÜNEL

tag: İordaniya, Qəzza zolağı, Əmman, Humanitar yardım, todaypress.az,