İordaniyada islamçı hərəkat ləğv edildi

Dünya

23.04.2025 17:16

6

İordaniya hakimiyyəti “Müsəlman Qardaşlar” islamçı hərəkatının ölkədə fəaliyyətini qadağan etmək, əmlakını müsadirə etmək və krallıqdakı bütün ofislərini bağlamaq qərarına gəlib.   

TodayPress xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Mazen Faraya Əmmanda keçirdiyi mətbuat konfransında məlumat verib. 

“İordaniya hökuməti “Müsəlman Qardaşlar” hərəkatının buraxıldığını elan edir. Xüsusi xidmət orqanları dövlətə qarşı cinayət planını aşkar etdikdən sonra bu qruplaşmanı qanunsuz adlandırır” Daxili İşlər Nazirliyinin rəhbəri bildirib. 

Nazirin sözlərinə görə, qrup üzvləri ölkədə sabitliyi pozmağa yönəlmiş gizli fəaliyyətlə məşğul olublar. 

Töhfə Səməd

tag: İordaniya,Müsəlman Qardaşlar,Ləğv,Qərar,Todaypress.az,