İordaniya Suriya ilə sərhədi bağladı
Dünya
06.12.2024 20:21
İordaniyanın daxili
işlər naziri Mazen əl-Faraya Suriyanın Dəra şəhərindən 15 km cənubda yerləşən
Suriya ilə sərhəddə yerləşən “Nəsib” nəzarət-buraxılış məntəqəsinin bağlanması
barədə göstəriş verib.
TodayPress xəbər verir ki, bu barədə "AFP" agentliyi
məlumat yayıb.
Qərar hökumət əleyhinə qüvvələrin hücumunun davam etdiyi
Suriyanın cənubunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar qəbul
edilib.
Daha əvvəl “Reuters” agentliyi Suriya ordusundakı mənbəyə
istinadən xəbər vermişdi ki, İordaniya və Suriya sərhədində yerləşən “Nəsib”
keçid məntəqəsi silahlılar tərəfindən atəşə tutulub. Agentliyin həmsöhbətinin
sözlərinə görə, onlarla sərnişin və yük maşını ərazidə qalıb.
“Əl-Hədat”ın mənbələri isə silahlıların keçid
məntəqəsinin Suriya tərəfindəki hissəsinə nəzarəti ələ keçirdiklərini yazır.
Mazen əl-Faraya bildirib ki, İordaniya yük maşınlarının keçid məntəqəsi
vasitəsilə İordaniyaya qayıtmasına icazə veriləcək, lakin əks istiqamətdə çıxış
bağlanıb.
tag: Suriya, İordaniya, Mazen əl- Faraya, Dəra, Sərhəd, todaypress.az,