"Intel" minlərlə işçini ixtisar edəcək
"Intel" şirkəti işçilərinin 20%-dən çoxunu əhatə edəcək kütləvi ixtisarları elan etməyə hazırlaşır.
TodayPress xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Dünyada 108 900 nəfər işçisi olan "Intel", planlaşdırılan ixtisarlar nəticəsində təxminən 22 min əməkdaşla yollarını ayıracaq.
Qeyd olunub ki, “Intel” bu qərarı əməliyyat xərclərini azaltmaq məqsədilə keçən il başladığı 10 milyard dollarlıq qənaət proqramı çərçivəsində verib.
Türkan İsgəndərli
tag: İntel,İşçi,İxtisar,Şirkət,Todaypress.az,