İnsan beyni tərəfindən idarə olunan robot – DÜNYADA İLK
Dünya
02.07.2024 13:16
Çində beyin-kompüter interfeysləri və süni intellekt texnologiyalarının birləşməsi ilə insan beyni tərəfindən idarə olunan robot layihəsi hazırlanıb.
Layihədə laboratoriyada istehsal olunan insan beyin hüceyrələri xüsusi hazırlanmış çip üzərində yetişdirilib və bu hüceyrələrə robotun hərəkətlərini idarə etmək öyrədilib.
TodayPress xəbər verir ki, layihə tibb və texnologiya dünyasında böyük həyəcan yaradıb. Mütəxəssislər deyirlər ki, bu texnologiya gələcəkdə insan-maşın qarşılıqlı əlaqəsində yeni bir dövrün başlanğıcını qoya və insan beyninin sərhədlərini daha da genişləndirə bilər.
tag: İnsan Beyni, robot, Laboratoriya, Mütəxəssislər, İntellekt, todaypress.az,