İngiltərədə uşaqlara ən çox verilən ad Məhəmməddir

Dünya

05.12.2024 17:59

Məhəmməd adı indi İngiltərə və Uelsdə oğlanlar üçün ən populyar addır və rəsmi reytinqlərdə Nuh adını geridə qoyur. 

TodayPress xəbər verir ki, bu barədə “Daily Mail” məlumat yayıb.

Milli Statistika İdarəsinin məlumatına görə, 2023-cü ildə 4600-dən çox oğlana Məhəmməd adı verilib. 2022-ci illə müqayisədə bu rəqəm təxminən 500 nəfər çoxdur.

Qeyd olunur ki, Oliviya səkkizinci ildir ki, qadın adları siyahısında birinci yeri qoruyur, Amelia və İsla ikinci yerdədir.

Analitiklər həmçinin Margot və Kilian kimi adlar seçən valideynlərin sayının artdığını qeyd ediblər. 

Töhfə Səməd

tag: Siyahı, Ad, İngiltərə ,Məhəmməd ,todaypress.az,