İngiltərədə siqaret qadağası başlayır
Dünya
18.07.2024 10:09
İngiltərədə hökumət yeni siqaret qadağası tətbiq edəcək.
TodayPress xəbər verir ki, yeni qanuna görə, 2009-cu il yanvarın 1-də və ya ondan sonra doğulan heç kəs qanuni olaraq tütün ala bilməyəcək.
Siqaret çəkməyin qadağan edilməsi təklini ilk dəfə keçmiş baş nazir Rişi Sunak irəli sürsə də, Keir Starmer bunu qanuniləşdirməyə söz verib.
Elektron siqaretlərin satışı və marketinqinə də məhdudiyyətlər qoyulacaq. Qanun layihəsi parlamentdə qəbul olunmamışdan əvvəl geniş ictimaiyyətə təqdim edilib.
Böyük Britaniya 2027-ci ilə qədər qaydaları tətbiq etsə, hazırda yaşı 14 və ondan aşağı olan heç kim gələcəkdə siqaret ala bilməyəcək.
Günəş Mərd
tag: İngiltərə, Siqaret, Qadağa, Elektron Siqaret, Marketinq,todaypress.az,