İngiltərə və Almaniya müdafiə sazişi bağlayacaq
Dünya
28.08.2024 09:32
Böyük Britaniya və Almaniya 2025-ci ilin əvvəlinə qədər ikitərəfli müdafiə sazişi bağlamaq istəyir.
TodayPress "Ria Novosti"yə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Key Starmerin ofisi məlumat yayıb.
Almaniya kansleri Olaf Şolzun bu məqsədlə Starmeri avqustun 28 -də Berlində qəbul edəcəyi gözlənilir.
Almaniya hökumətinin sözçüsü Steffen Hebestreit tərəflərin ikitərəfli və xarici siyasət mövzuları, həmçinin Avropa və iqtisadi siyasət məsələləri üzrə danışıqlar aparacağını vurğulayıb.
Günəş Mərd
tag: Böyük Britaniya, Almaniya, Olaf Şolz, Starmer, Avropa, todaypress.az,