İngiltərə üçün növbəti həyəcan təbili çalındı: “Konall” qasırğası

Dünya

27.11.2024 21:44

“Konall” qasırğası cənub-şərqi İngiltərəyə güclü yağışlar gətirib. 

TodayPress, Böyük Britaniyanın Meteorologiya Xidmətinə istinadən xəbər verir ki, qasırğa nəticəsində “Bert” fırtınasından sonra hələ də təmizləmə işləri aparılan daşqın bölgələrində vəziyyət daha da pisləşdirib.

İngiltərənin cənubundakı bəzi bölgələr üçün yağışlar barədə sarı hava xəbərdarlığı verilib. Bir sıra yerlərdə qatar xidmətləri ləğv edilib, səfərlər təxirə salınıb.


tag: Konall,Qasırğa,İngiltərə,Böyük Britaniya,Meteorologiya,todaypress.az,