İnfarkt yaradan xəstəliklər açıqlandı
Dünya
23.09.2024 20:10
“Soyuqdəymə, qrip
və koronavirus ürək tutmasına səbəb olur”
TodayPress
xəbər verir ki, bu barədə “Rossiya 1” telekanalına rusiyalı həkim Myasnikov
bildirib.
"Covid
və qripdən ölümlərin ən böyük payı infarkt və insultdur. Bu, ürəyin xəstəliyi və trombozun kəskinləşməsi
üçün güclü amildir. Virus infeksiyaları mövsümündə infarkt hallarına daha çox
rast gəlinir” həkim vurğulayıb.
O, əlavə edib ki, heç bir peyvənd 100 faiz effektiv
deyil. Lakin qripə qarşı peyvənd hələ də ən yaxşı halda 60-65 faiz, ən pis
halda 20-25 faiz effektivdir.
Bundan əvvəl reabilitasiya həkimi Sergey Aqapkin
kariyesin təhlükəli nəticələri barədə xəbərdarlıq edib. Həkim diş problemlərinin
ürək xəstəliklərinə səbəb ola biləcəyini açıqlamışdı.
Aynur TAC
tag: Koronavirus, Covid, Rusiya, Həkim,Xəstəlik,todaypress.az,