İndoneziyanın yeni paytaxtında yeni qaydalar
Dünya
12.08.2024 17:14
İndoneziya prezidenti Coko Vidodo ölkənin yeni paytaxtı Nusantarada benzinlə işləyən avtomobillərin olmayacağını bildirib.
TodayPress xəbər verir ki, bu barədə “Detik” portalı məlumat yayıb.
Dövlət başçısı qeyd edib ki, bu qərar “yaşıl şəhər” konsepsiyasını həyata keçirmək üçün nəzərdə tutulub.
Qeyd edək ki, Cakarta dünyanın ən sürətlə çökən şəhərlərindən hesab olunur. Paytaxt orta hesabla hər il 25 santimetr suya batır. Hökumət köçürülmənin 10 milyon əhalisi olan Cakartanın üzərindəki yükü azaldacağını düşünür. Həmçinin şəhər dünyada ikinci ən sıx məskunlaşaya mənsubdur.
Xatırladaq ki, ölkə prezidenti ekoloji fəlakətin qarşısını almaq üçün köçürülmə planını ilk dəfə 2019-cu ildə elan etsə də, pandemiya səbəbindən plan təxirə salınıb. Nusantara adı verilən yeni paytaxtın inşasına 2022-ci ildə başlanılıb. Bu məqsədlə 32 milyard dollardan çox vəsait ayrılıb. Paytaxtın yeni şəhərə köçürülməsi isə bu ildən reallaşacaq.
Töhfə Səməd
tag: Cakarta, Nusantara, Avtomobil,Yaşıl Şəhər,Pandemiya, todaypress.az,