İndoneziyanın Semeru vulkanı püskürdü
İndoneziyanın Şərqi Yava əyalətindəki Semeru vulkanı bir gündə dörd dəfə püskürərək, 800 metr hündürlüyə qalın kül buludları səpib.
TodayPress xəbər verir ki, bu barədə "Sinxua" məlumat yayıb.
Lumacanq və Malanq vilayətlərinin sərhəddində yerləşən 3676 metr hündürlüyündəki vulkan hazırda ikinci təhlükə səviyyəsindədir.
Ölkə rəhbərliyi ictimaiyyətə vulkanın cənub-şərqində 3 km və 8 km radiusda hər hansı əməliyyatdan çəkinməyi, həmçinin Semeru zirvəsindən başlayan çay məcralarından uzaq durmağı tövsiyə edib.
Töhfə Səməd
tag: indoneziya,Sumeru,Vulkan,Püskürmə,Todaypress.az,