İndoneziyada vulkan püskürməsinə görə dörd hava limanı müvəqqəti bağlandı
Dünya
04.11.2024 21:24
İndoneziyada Levotobi vulkanının püskürməsi
səbəbindən dörd hava limanı müvəqqəti bağlanıb.
TodayPress “Sinhua” agentliyinə istinadən xəbər
verir ki, bu barədə ölkənin Fövqəladə Hallar üzrə Milli Agentliyin nümayəndəsi
Abdul Muxari bildirib.
“Şərqi Nusa-Tenqara əyalətinin Sikka bölgəsindəki Frensis
Xavyer Seda hava limanı müvəqqəti bağlanıb. Əyalətdəki digər üç hava limanında
da işlər dayandırılıb. Vulkanik külün yayılması nəticəsində Labuan Baco şəhəri
yaxınlığındakı Komodo Beynəlxalq Hava Limanında 14 reys təxirə salınıb” o
deyib.
Qeyd edək ki, Levotobi Laki-Laki vulkanının püskürməsi
noyabrın 4-nə keçən gecə başlayıb və püskürmə zamanı vulkan külləri 2 min metr
hündürlüyə çatıb. Fövqəladə Hallar üzrə Milli Agentliyindən bildirilib ki,
vulkan püskürməsi yaxınlıqdakı yaşayış məntəqələrində yanğınlara səbəb olub.
Səlahiyyətlilər vulkan püskürməsindən zərər çəkmiş 14
kənddən 10 200-dən çox insanı təxliyə edib.
tag: Vulkan, İndonziya, Hava Limanı, Frensis, todaypress.az,