İndoneziyada torpaq sürüşməsi nəticəsində 27 nəfər öldü

Dünya

28.11.2024 11:09

İndoneziyanın Şimali Sumatra əyalətində torpaq sürüşməsi nəticəsində azı 27 nəfər ölüb, itkin düşənlərin axtarışları davam edir.

TodayPress xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

“Qüvvələrimiz itkin düşənlərin axtarışına və sürüşmə nəticəsində zərər çəkmiş yolların təmizlənməsinə yönəldilib” fövqəladə hallarla mübarizə üzrə Milli agentliyin nümayəndəsi bildirib.

Qeyd olunub ki, əyalətdə sürüşmələrə güclü yağışlar səbəb olub. Yaşayış binalarına, məscidlərə və çəltik sahələrinə ziyan dəyib.

tag: İndoneziya, Torpaq Sürüşməsi, Ölüm, Məscid, Ziyan, todaypress.az,