İndoneziyada torpaq sürüşməsi: 16 nəfər öldü

Dünya

21.01.2025 12:13

İndoneziyanın Mərkəzi Yava əyalətinin Pekalonqan şəhərində torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb, 10 nəfər yaralanıb. 

TodayPress xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb. 

Qeyd olunub ki, sürüşməyə ərazidə yağan güclü yağışlar səbəb olub.

tag: İndoneziya,Torpaq sürüşməsi,Hadisə ,Ölüm,Todaypress.az,