İndoneziyada sürüşmə: 12 nəfər öldü
Dünya
08.07.2024 10:16
İndoneziyanın Sulavesi adasında son günlər yağan şiddətli yağışlar qanunsuz fəaliyyət göstərən qızıl mədənində sürüşməyə səbəb olub. Nəticədə 12 nəfər ölüb, 18 nəfər itkin düşüb.
TodayPress İndoneziya mediasına istinadla xəbər verir ki, hadisə Qorontalo əyalətində baş verib. Axtarış-xilasetmə işləri nəticəsində 5 nəfər xilas edilib. Ölən və itkin düşənlər arasında şaxtaçılarla yanaşı yerli sakinlər də var.
Fövqəladə hallar departamentindən bildiriblər ki, aramsız yağış və yolların palçıq olması səbəbindən sürüşmə baş verən əraziyə avtomobillə yaxınlaşmaq mümkün deyil. Xilasedicilər hadisə yerinə çatmaq üçün təxminən 20 kilometr yolu piyada qət etməli olublar. Hazırda 164 nəfər xilasedici axtarış işləri aparır.
tag: İndoneziya, Sulavesi, Qorontalo, Əyalət, Sürüşmə, todaypress.az,