İndoneziyada 5,7 gücündə zəlzələ qeydə alındı

Dünya

07.12.2024 05:34

İndoneziyada 5,7 bal gücündə zəlzələ baş verib.

TodayPress bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən bildirir.

Məlumata görə, zəlzələ təxminən 282 min nəfərin yaşadığı Palu şəhərindən 306 km şimal-şərqdə qeydə alınıb.

Ölkədə bununla bağlı sunami təhükəsi elan edilməyib. Hələlik ölüm və xəsarət barədə məlumat yoxdur.

Aynur TAC

tag: İndoneziya, Zəlzələ, Avropa, Palu, Xəsarət, todaypress.az,