İndoneziya Hindistandan “BrahMos” raketlərini alacaq
Dünya
11.01.2025 09:24
İndoneziya “BrahMos” qanadlı raketlərini əldə etmək istəyi ilə Hindistana müraciət edib.
TodayPress xəbər verir ki, bu barədə “New Indian Express” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İndoneziya Müdafiə Nazirliyi 450 milyon dollarlıq “BrahMos” sövdələşməsi ilə bağlı Hindistanın Cakartadakı səfirliyinə məktub göndərib.
Hindistan tərəfi İndoneziya tərəfdaşlarına ya Hindistan Dövlət Bankından, ya da digər Hindistan milli banklarından kredit təklif edir.
Təfərrüatlar üzərində iş aparılır.
tag: İndoneziya ,Raket, Müdafiə, Hindistan, todaypress.az,