İndoneziya BRICS sammitində iştirak edəcək
Dünya
02.09.2024 09:03
İndoneziya oktyabrın 22-24-də Kazanda keçiriləcək BRICS sammitinə dəvət olunub.
TodayPress “İzvestiya” qəzetinə istinadən xəbər verir ki, bu barədə İndoneziyanın Rusiyadakı səfirliyindən məlumat verilib.
“BRICS sammitinə İndoneziyadan kimin qatılacağını hələ bilmirik. Biz dəvət almışıq, lakin hələ ki, İndoneziya prezidentinin BRICS sammitində iştirak edib-etməyəcəyini bilmirik" deyə diplomatik nümayəndəlikdən bildiriblər.
Ehtimal olunur ki, İndoneziyanın yeni dövlət başçısı sammitdə iştirak etmək qərarına gələcək və ya onun adından tədbirdə iştirak etmək üçün kimisə təyin edəcək.
Günəş Mərd
tag: İndoneziya, Rusiya, Sammit, Diplomatik,BRICS, todaypress.az,