İmamoğlu və 91 şübhəli dindirilmək üçün Ədliyyə Sarayına gətirildi
İstanbul şəhər bələdiyyəsinin sədri Əkrəm
İmamoğlu və digər 91 şübhəli dindirilmək üçün Çağlayandakı Ədliyyə Sarayına
gətirilib.
Bu barədə TodayPress "Haber
Global"a istinadən xəbər verir.
Prosedura uyğun olaraq, həmin şəxslər prokurora ifadə
verməlidirlər. O, öz növbəsində iş materiallarının məhkəməyə verilməsi ilə
bağlı qərar verəcək və məhkəmə növbəti həbs-qətimkan tədbirini seçəcək.
Qeyd edək ki, Əkrəm İmamoğlu PKK terror təşkilatı ilə
əməkdaşlıq, korrupsiya və rüşvət maddələri ilə ittiham edilir.
tag: Əkrəm İmamoğlu, Türkiyə, Ədliyyə, İfadə, PKK, Terror, todaypress.az,