İmamoğlu ilə bağlı hazırlanan hesabatın təfərrüatları açıqlandı

Dünya

22.03.2025 09:30

2261

İstanbul Böyükşəhər Bələdiyyəsi (İBB) və bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı terror və korrupsiya iddiaları ilə bağlı aparılan istintaq çərçivəsində Maliyyə Cinayətləri İstintaq Şurasının (MASAK) hazırladığı hesabatın təfərrüatları məlum olub.

TodayPress xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. 

Bildirilib ki, hesabatda FETÖ üzvü olduğu üçün həbs edilən Aydın Böyükşəhər Bələdiyyə sədri Özlem Çerçioğlunun müşaviri olan Erkan Karaarslan ilə Əkrəm İmamoğlu arasında 1 milyon 754 min türk lirası dəyərində məsləhət müqaviləsi bağlandığı bildirilib.

Hesabatda Əkrəm İmamoğlunun adına müxtəlif yollarla əldə edilən çoxlu sayda daşınmaz əmlak qeydlərinin olduğu və onun Balıkəsir, İstanbul və Çanaqqala vilayətlərində satış yolu ilə 17 daşınmaz əmlak əldə etdiyi bildirilib.

Hesabatda həmçinin Balıkəsir-Erdemirde yerləşən 5 daşınmaz əmlakın atası Həsən İmamoğlundan Əkrəm İmamoğluna bağışlandığı qeyd edilib.

tag: İstanbul Böyükşəhər Bələdiyyəsi,Əkrəm İmamoğlu,MASAK,todaypress.az,