İlon Maskın var-dövləti 26,5 milyard dollar artdı

Dünya

07.11.2024 11:20

"Tesla" şirkətinin rəhbəri və sahibkar İlon Maskın var-dövləti şirkət səhmlərinin bahalaşmasından sonra 26,5 milyard dollar artıb.

TodayPress xəbər verir ki, bu barədə "Bloomberg Billionaires İndex" (BBİ) məlumat yayıb.

Əvvəlki ticarət sessiyasının yekunlarına görə, "Tesla"nın səhmləri 14,75% bahalaşıb.

BBİ-nin məlumatına görə, Maskın var-dövləti 290 milyard dollar səviyyəsindədir. Milyarder reytinqin birinci pilləsindədir.

tag: Tesla, İlon Mask, Pul, BBİ, Milyarder, todaypress.az,