İlon Maskın Trampı dəstəkləmək üçün xərclədiyi pul məlum oldu
Dünya
25.10.2024 09:11
Amerikalı iş adamı və sahibkar İlon Mask oktyabrın ilk iki həftəsində Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın prezidentlik kampaniyasına dəstək üçün 43 milyon dollardan çox vəsait ayırıb.
TodayPress xəbər verir ki, bu barədə “Politico” yazıb.
“İlon Mask Donald Trampı dəstəkləyərək özünün siyasi fəaliyyət komitəsinə oktyabrın birinci yarısı üçün daha 43,6 milyon dollar sərmayə qoyub” nəşr qeyd edib.
Bundan əlavə, "Politico"nun məlumatına görə, amerikalı sahibkar bu müddət ərzində ABŞ Senatında Respublikaçılar Partiyasını dəstəkləmək üçün 10 milyon dollar xərcləyib.
Nəşr yazır ki, Mask ümumilikdə Trampı və ABŞ respublikaçılarını dəstəkləmək üçün 118 milyon dollar xərcləyib.
Günəş Mərd
tag: Mask, Tramp, ABŞ, Partiya,Pul, todaypress.az,