İlon Maskın platforması cərimələndi
Dünya
20.09.2024 22:44
Braziliya
ötən ay tətbiq edilən qadağaya baxmayaraq, ölkədəki bəzi istifadəçilər media
platformasına qısa müddət ərzində daxil ola bildikdən sonra İlon Maskın" X" sosial şəbəkəsini cərimələyib.
TodayPress xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
Braziliyalı
istifadəçilər şəbəkənin ölkədəki serverlərinə girişi yenilədikdən sonra
çərşənbə günü sayta daxil ola biliblər.
Şirkət
platformanın bərpasının qəsdən olmadığını və provayderin dəyişməsi ilə bağlı
olduğunu bildirib. Bir neçə saat sonra giriş yenidən bağlanıb.
Növbəti gün
Braziliya məhkəməsi qadağanı pozduğuna görə şirkəti 5 milyon real (1 milyon 564
min manat) cərimələyib.
Ali Məhkəmənin
hakimi Aleksandr de Moraes şirkətin bəzi istifadəçilər üçün girişi bərpa etmək
səylərini aldatma adlandırıb.
Qeyd edək ki,
platformanın sahibi İlon Maskla Braziliya Ali Məhkəməsinin hakimi
Aleksandr de Moraes arasında münaqişə yaranıb. Mask onu sosial şəbəkədən
materialların silinməsi ilə bağlı hakimin tələblərini ictimaiyyətə
açıqlayacağını vəd edərək onu Braziliya konstitusiyasını pozmaqda ittiham edib.
Bundan sonra Braziliya məhkəməsi Maska qarşı təhqiqat açmaq qərarına gəlib.
"X" nümayəndələri məzmun senzurası qərarlarına etiraz etmək üçün Braziliya Ali
Məhkəməsinə bir neçə apellyasiya şikayəti verib, lakin onlar dinlənilməyib.
tag: Ilon Mask, X, Braziliya,Sosial Şəbəkə, todaypress.az,