İlon Maska ABŞ hökumətində vəzifə veriləcək?

Dünya

20.08.2024 12:18

Amerikalı sahibkar İlon Mask ABŞ hökumətində vəzifə tutmağa hazır olduğunu açıqlayıb.

TodayPress xəbər verir ki, o, bu barədə “X” sosial şəbəkəsində paylaşım edib. 

"Mən xidmət etməyə hazıram" deyə Mask üzərində “Hökumətin Effektivliyi Departamenti” sözləri yazılmış podiumun arxasında dayanan şəklini də paylaşıb.

Qeyd edək ki, bir müddət əvvəl Qərb mediası Respublikaçılar Partiyasının namizədi Donald Trampın seçkidə qalib gələcəyi təqdirdə Maska administrasiyasında yer verəcəyini və ya məsləhətçi rolunu təklif edəcəyini yazmışdı.

Günəş Mərd

tag: İlon Mask, Amerika, Tramp, Respublikaçılar Partiyası, Qərb, todaypress.az,