İlon Mask Zukerberqi yenidən döyüşə çağırdı
Dünya
25.07.2024 15:26
Milyarder İlon Mask “Meta” şirkətinin qurucusu Mark Zukerberqlə döyüşməyə hazır olduğunu bildirib.
TodayPress xəbər verir ki, Mask belə bir açıqlamanı “Fox News”a verib.
“Mən Zukerberqlə istənilən yerdə, istənilən vaxt və istənilən qaydada döyüşə bilərəm”deyə iş adamı bildirib.
Mark Zukerberq isə ona cavab olaraq “Threads” sosial şəbəkəsində yazıb:
"Həqiqətən də bunu yenidən edirik?".
Xatırladaq ki, keçən il Mask Zukerberqi duelə çağırmış, Zukerberq razılaşsa da görüş baş tutmamışdı. Bu ilin mayında Zukerberqə yenidən döyüşməyi təklif etsə də, təklifi cavabsız qalmışdı.
Qeyd edək ki, iki milyarder arasında qarşıdurma Zukerberqin, Maskın “Twitter” sosial şəbəkəsini satın almasından qısa müddət sonra bu platformanın “Threads” adlı analoqunun yaradıldığını elan etməsindən sonra başlayıb.
Günəş Mərd
tag: Meta, Mask, Threads, Milyarder, todaypress.az,