İlon Mask: "Trampın tezliklə sağalacağını ümid edirəm"

Dünya

14.07.2024 03:26

2374

Amerikalı iş adamı və milyarder İlon Mask keçmiş prezident Donald Trampa qarşı edilən sui-qəsd cəhdindən sonra “X” sosial şəbəkəsində paylaşım edib.

TodayPress xəbər verir ki, Maskın paylaşımında “Mən prezident Trampı tam dəstəkləyirəm və onun tezliklə sağalacağına ümid edirəm” ifadələri yer alıb.

Mask daha sonra Trampın Gizli Xidmət agentləri tərəfindən səhnədən endirilərkən yumruğunu hava qaldırdığı fotosunu da paylaşıb.

Xatırladaq ki, Donald Trampın Pensilvaniyada keçirdiyi mitinqində atəş açılıb. Siyasətçinin “Youtube” kanalında yayımlanan görüntülərdəTrampın qulağından zədələndiyi əks olunub.

Nəzrin Cavadzadə

tag: İlon Mask, Tramp, Sui-qəsd, Pensilvaniya, Seçkilər,

photo