İlon Mask onun ona qarşı törədilən iki uğursuz sui-qəsd cəhdindən danışdı

Dünya

15.07.2024 21:52

“SpaceX” və “Tesla”nın sahibi İlon Mask ona qarşı son bir neçə ay ərzində törədilmiş iki sui-qəsd cəhdi ilə bağlı açıqlama verib.

TodayPress xəbər verir ki, ABŞ-də yaşayan milyarder bu barədə Respublikaçı namizəd Donald Trampın Pensilvaniyada seçki kampaniyası zamanı güllələnərək yaralanmasından sonra deyib.

Bazar günü “X”-də (keçmiş “Twitter”) bir paylaşımında Mask, "Təhlükəli vaxtlar qabaqdadır" yazaraq bildirib:

“Son 8 ayda iki nəfər (ayrı-ayrı hallarda) artıq məni öldürməyə cəhd etdilər. Onlar Texasdakı “Tesla” qərargahından təxminən 20 dəqiqəlik məsafədə silahla həbs olunublar".

Xatırladaq ki, keçmiş prezident seçki kampaniyası mitinqində çıxış edərkən bir neçə atəş açılmış və onlardan biri Trampın sağ qulağına dəymişdi. Siyasətçi Məxfi Xidmət agentləri tərəfindən səhnədən uzaqlaşdırılarkən, atışmanın iştirakçılardan birinin ölümü, daha ikisinin isə ağır yaralanması ilə nəticələndiyi məlum olub. Səlahiyyətlilər daha sonra yaxınlıqdakı damdan atəş açan 20 yaşlı şübhəlinin güllələnərək öldürüldüyünü bildirmişdilər.

Nəzrin Cavadzadə

tag: todaypress.az, İlon Mask, Tramp, Sui-qəsd, Prezident seçkiləri,