İlon Mask Netanyahu ilə görüşdü

Dünya

26.07.2024 10:31

Amerikalı iş adamı və milyarder İlon Mask İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşüb.

TodayPress xəbər verir ki, bu barədə Netanyahu özünün “X” sosial şəbəkə hesabında məlumat verib.

“Dünən Konqresdə çıxış etdikdən sonra Vaşinqtonda İlon Maskla görüşdüm. Biz süni intellektin imkanlarını və çətinliklərini, iqtisadiyyata və cəmiyyətə təsirini, həmçinin İsraillə texnoloji əməkdaşlıq yollarını müzakirə etdik” deyə Netanyahu bildirib.

Töhfə Səməd

tag: İlon Mask, Amerika, Netanyahu, Konqres, todaypress.az,