İlon Mask Merkel haqqında sərt danışdı
"SpaceX" və "Tesla" şirkətlərini sahibi, amerikalı milyarder İlon Mask Almaniyanın keçmiş kansleri Angela Merkelin tənqidlərinə kəskin reaksiya verib.
TodayPress xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində yazıb.
"Bu Angela Merkel kimdir?" - iş adamı Merkelin Maskın kosmosdakı bütün peyklərin 60%-nə nəzarət etdiyi barədə bəyanatına cavab olaraq yazıb.
Bundan əlavə, alman siyasətçi sahibkarın siyasi baxışlarından ciddi narahat olduğunu bildirib.
Qeyd edək ki, bundan əvvəl amerikalı sahibkar Mask Pentaqonun bürokratiya səviyyəsinin yüksək olduğunu bildirmişdi.
Günəş Mərd
tag: Tesla, SpaceX, Merkel, Mask, todaypress.az,