İlon Mask Marsda şəhər tikəcək?

Dünya

11.07.2024 23:00

ABŞ-li iş adamı İlon Mask “The New York Times” qəzetinin onun “SpaceX” şirkətinin Marsda şəhər tikməyi planlaşdırdığı barədə xəbərini təkzib edib.

TodayPress xəbər verir ki, Mask xəbərlərə cavab olaraq "SpaceX”-də heç kimə Mars şəhərində işləmək tapşırılmayıb. İnsanlar bunu etməyi xahiş etdikdə, mən deyirəm ki, biz ilk növbədə oraya gedib çıxmağa diqqət yetirməliyik" deyib.

“New York Times” daha əvvəl mənbələrə istinadən xəbər vermişdi ki, Mask “SpaceX”ə gələcək Mars şəhərinin dizaynı və detalları üzərində işləməyə başlamağı əmr edib. Hesabatda deyilir ki, müxtəlif komandalara günbəzli evlərin layihələndirilməsi, Mars mühitinə uyğun skafandrların hazırlanması və planetdə nəsillər yetişdirmə perspektivlərinin öyrənilməsi tapşırılıb.

Nəzrin Cavadzadə

tag: İlon Mask, Mars, SpaceX, NYT, todaypress.az,