İlon Mask Los-Anceles merini istefaya çağırdı
Dünya
18.01.2025 20:19
Los-Anceles meriyası şəhərdə tüğyan edən
yanğınlar fonunda insanlara kömək etmək əvəzinə, siyasəti ön plana çıxarıb.
TodayPress xəbər verir ki, bu barədə amerikalı milyarder
İlon Maskın “X” sosial şəbəkəsindəki paylaşımında deyilir.
Maskın fikrincə, şəhər meri Karen Bass şəhərdə
kommunikasiyaların bərpasında mümkün köməkdən imtina edib və buna görə də
istefa verməlidir.
“Daily Mail” qəzetinin məlumatına görə, şəhərdəki
yanğınlar başlamazdan bir həftə əvvəl, Bass yanğınsöndürənlər üçün büdcəni 49
milyon dollar azaltmaq tələbini irəli sürmüşdü və bu, 16 yanğınsöndürmə
stansiyasının bağlanmasını nəzərdə tuturdu.
Qeyd edək ki, yanvarın 7-də Los-Ancelesdə meşə yanğınları
başlayıb. Yanğınlar 16 min hektardan çox ərazini əhatə edib, minlərlə bina, o
cümlədən bir çox Hollivud ulduzlarının evləri yanıb. Təxminən 180 min nəfər
evlərini tərk etmək məcburiyyətində qalıb, 27 nəfər həlak olub, 18 nəfər isə
hələ də itkin düşmüş sayılır. İqtisadi zərər 250 milyard dolları keçib.
tag: Karen, İlon Mask, Los-Anceles, Yanğın, Mer, todaypress.az,