İlon Mask "Kekius Maximus" oldu - FOTO
Dünya
31.12.2024 18:45
Amerikalı sahibkar və milyarder İlon Mask "X" sosial şəbəkəsindəki adını “Kekius Maximus” olaraq dəyişib.
TodayPress xəbər verir ki, bu barədə onun platformadakı profilində məlumat verilib.
Maskın sosial şəbəkədəki yeni adı, "Qurbağa Pepe" memi və qədim Roma mövzularından ilhamlanan kriptovalyuta olan "Kekius Maximus" "memecoin"in adından gəlir. “Maximus” Qladiator filmindəki eyniadlı baş qəhrəmana istinaddır.
Amerikalı milyarder həmçinin "X"dəki avatarını qədim Roma legioneri kimi geyinmiş "Qurbağa Pepe" obrazına çevirib.
Töhfə Səməd
tag: Amerika,İlon Mask,X,Kekius Maximus,Qurbağa Pepe,todaypress.az,