İlon Mask ilin adamı seçildi
Dünya
26.12.2024 16:10
Amerikalı milyarder İlon Mask İspaniyanın “El Mundo” qəzeti tərəfindən ilin adamı seçilib.
TodayPress xəbər verir ki, qəzetin Maska həsr olunan materialında o qədim Roma sərkərdəsi Qay Yuli Sezarla müqayisə olunub.
“Mask, indiyə qədər yer üzündə yaşamış ən varlı adamdır və indi də ABŞ-nin yeni seçilmiş prezidentinin Donald Trampın sağ əlidir. O, 21-ci əsrin Sezarıdır” materialda qeyd olunub.
Günəş Mərd
tag: İlon Mask, Tramp ,ABŞ, Prezident, todaypress.az,