İlon Mask: " “Google” ABŞ-də seçkilərə müdaxilə edir"
Dünya
31.07.2024 05:00
Tez-tez gündəmdə olan axtarış
sistemləri və sosial media tətbiqləri ilə seçkilərə müdaxilə məsələsi ABŞ-də
seçkiqabağı yenidən gündəmə gəlib.
TodayPress xəbər verir ki, ABŞ-də “Google”da Donald Trampın adı
axtarış bölməsinə daxil edildiyi zaman Demokratlar Partiyasından olan
prezidentliyə namizəd Kamala Harrislə bağlı xəbərlər ön plana çıxır.
Bu vəziyyət böyük əks-səda
doğurub və məşhur milyarder İlon Mask da məsələ ilə bağlı təəccüblü bir görüntü
paylaşıb. Mask axtarış sisteminə "Donald" yazılan zaman Trampın ilk
sıralarda görünmədiyini yazaraq "Vay, “Google”da prezident Donald Trampa
qarşı axtarış qadağası var! Seçkilərə müdaxilə?" yazaraq əyani sübut kimi
skrinşot paylaşıb.
Bəzi istifadəçilər isə Donald
Trampla bağlı axtarış etdikləri zaman “Google”un onların qarşısına daha çox
“Donald Duck”la (Ördək Donald) bağlı nəticələr çıxardığı ilə bağlı paylaşımlar
ediblər.
tag: Google, ABŞ,Seçki, Tramp, Harris, todaypress.az,