İlon Mask: “Bəşəriyyət məhv olacaq”
Dünya
18.01.2025 18:47
Amerikalı iş adamı İlon Mask bəşəriyyətin yox olacağını proqnozlaşdırıb.
TodayPress xəbər verir ki, o, bu barədə “X “sosial şəbəkəsində yazıb.
Onun fikrincə, insanlar uşaq sahibi olmağı dayandırsalar, o zaman bəşəriyyət yox olacaq.
Mask “Lancet” jurnalında təqdim olunan araşdırmanı şərh edərkən bu fikri bildirib. Nəşrdə yazılıb ki, əsrin sonuna qədər bütün dünyada doğum səvviyəsi kəskin şəkildə azalacaq.
Qeyd edək ki, bundan əvvəl Mask Avropa ölkələri, xüsusən də Almaniyanın hazırda aşağı doğum səviyyəsinə görə yox olmaq ərəfəsində olduğunu demişdi.
Günəş Mərd
tag: İlon Mask, Lancet, Amerika, Dünya, todaypress.az,