İlon Mask: "Baydenin yarışda qalmasına icazə verilməyəcək"
İlon Mask ABŞ prezidenti Co
Baydenin prezidentlik yarışında qalmalı olduğunu, lakin ona icazə verilməyəcəyini
açıqlayıb.
TodayPress xəbər verir ki, o,
bu barədə “X” sosial şəbəkəsində paylaşım edib.
"Düşünürəm ki, o, yarışda
qalmalıdır, amma onu çıxaracaqlar" deyə Mask bildirib.
O, prezidenti yarışı tərk etməyə
kimin razı salacağı barədə ətraflı məlumat verməyib.
ABŞ-də prezident seçkiləri
noyabrın 5-də keçiriləcək. İyunun 27-də keçmiş Respublikaçı prezident Donald
Trampla teledebatda Baydenin fiaskosundan sonra vəzifədə olan prezidentin yenidən
seçilmək cəhdlərindən əl çəkməsi üçün çağırışlar daha da güclənib.
Nəzrin Cavadzadə
tag: Mask, Bayden, Seçki, ABŞ, todaypress.az,