İlon Mask Bayden və Trampı “danışan kuklalar” adlandırdı

Dünya

28.06.2024 14:34

“ABŞ prezidentliyinə namizədlər Cozef Bayden və Donald Tramp arasında baş verən debat hazırkı Amerika liderini Demokratlar Partiyasından başqa bir namizədlə əvəz etmək üçün səbəbdir”.

TodayPress xəbər verir ki, İlon Mask bu barədə "X" sosial şəkəkəsində yazıb.

"Onlar - Tramp və Bayden sadəcə danışan kuklalardır. Bu, Baydenin dəyişdirilməsinə hazırlıqdır" deyə Musk qeyd edib.

ABŞ tarixində indiki və keçmiş prezidentlər arasında ilk televiziya seçkiləri debatı Atlantada keçirilib. Bayden və Trampa danışma üçün əvvəlcədən hazırlanmış mətinlərdən istifadə etmək qadağan edilib.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək.

tag: İlon Mask, Tramp, Danışan Kuklalar, Cozef Bayden, Donald Tramp, todaypress.az,