İlon Mask: Avropa İttifaqı “X”-ə gizli senzura müqaviləsi təklif etdi
“X” (keçmiş “Twitter”)
Brüsselin platformadakı fikirləri gizli şəkildə senzura etmək tələbini rədd
etdiyi üçün Avropa Birliyi tərəfindən təqiblərlə üzləşir.
TodayPress xəbər
verir ki, bunu “X” platofmasının sahibi İlon Mask deyib.
Aİ cümə günü “X”-i Rəqəmsal
Xidmətlər Aktını (DSA) pozduğunu və təcrübələrini dəyişmədiyi təqdirdə şirkətə
qarşı böyük cərimələr tətbiq etmək niyyətində olduğunu açıqladı.
“Avropa Komissiyası “X”-ə
qeyri-qanuni məxfi sövdələşmə təklif etdi: əgər biz heç kimə demədən nitqi
sakitcə senzura etsək, onlar bizi cərimələməyəcəklər” deyə Mask cavabında
yazıb. “Digər platformalar bu razılaşmanı qəbul etdi. X etmədi."
"Avropa xalqının həqiqəti
bilməsi üçün məhkəmədə çox açıq döyüş gözləyirik" deyə o bildirib.
Mask “Twitter”-i 2022-ci ilin
oktyabrında sosial media platformasında geniş senzuradan narazılığını dilə gətirdikdən
sonra satın aldı. O, o vaxtdan bəri bloklanmış hesabların əksəriyyətindən, o
cümlədən keçmiş prezident Donald Trampın hesablarından qadağanı qaldırdı.
Mask "quş azad
edildi" deyən zaman Aİ-nin daxili bazar üzrə komissarı Terri Breton "Avropada
quş bizim qaydalarımıza uyğun olaraq uçacaq" deyə cavab vermişdi.
Cümə günü Breton, Avropa
Komissiyasının Maska qarşı addımını “X”-nin "tədqiqatçılara" girişi rədd
edərək Aİ-nin "şəffaflıq tələblərini" pozduğunu iddia edərək izah edib.
Nəzrin Cavadzadə
tag: todaypress.az, İlon Mask, Avropa İttifaqı, Terri Breton, X,