İlon Mask 11-ci dəfə ata oldu

Dünya

24.06.2024 22:32

İlon Maskın növbəti dəfə ata olub.

TodayPress xəbər verir ki, “Blommberg”də  “SpaceX” şirkətinin təsisçisi İlon Maskın 11-ci övladının dünyaya gəldiyi bildirilib.

Milyarderin şəxsi həyatı haqqında məlumatlar əldə edən mənbədə bu il dünyaya gələn uşağın adı və cinsiyyəti barədə heç bir məlumatın olmadığı vuğulanıb.

Uşağın anasının Mask tərəfindən qurulan “Neuralink” şirkətində xüsusi layihələrin direktoru Siobhan Zilis olduğu qeyd olunub.

Qeyd edək ki, hər zaman şəxsi həyatını və ailəsini gizli saxlayan Mask bu yaxınlarda 10 uşağının olduğunu açıqlamışdı.

 GÜNEL

tag: İlon Mask, Milyarder, "Space X", Xüsusi layihə, todaypress.az,