İlk Ulyanovsk-Bakı-Astara yük qatarı bu ay yola düşəcək
Dünya
03.09.2024 06:45
Sentyabrın sonunda Ulyanovsk (Rusiya
Federasiyası) - Bakı (Azərbaycan) - Astara (İran) marşrutu üzrə birbaşa yük
qatarı ilk dəfə yola düşəcək.
TodayPress TASS-a istinadən xəbər verir ki, bu barədə
Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix regionun kompleks inkişafı
üzrə qərargahın iclasında bildirib.
Qubernatorun sözlərinə görə, Ulyanovsk-Bakı-Astara yük
bloku qatarının ilk heyəti "Orta Volqa-Xəzər-Fars" körfəzi dəhlizi
çərçivəsində sentyabrın sonunda yola düşəcək.
Qatar azı 70 müxtəlif modifikasiyalı vaqon, o cümlədən
qapalı çənlər, bunker tipli vaqonlardan ibarətdir.
Hər bir qatar 3,5 min ton müxtəlif məhsulların -
aqrar-sənaye kompleksinin və ağac emalının məhsulları, habelə sənaye mallarının
daşınması üçün nəzərdə tutulub.
A.Russkix əlavə edib ki, qatarın Azərbaycan, İran və
qonşu ölkələrdə istehsal olunan mallarla yenidən yüklənməsi məsələsinə baxılır.
“Qeyd etmək istərdim ki, ixrac qatarı Sovet İttifaqı
dövründən bu istiqamətdə hərəkət edən ilk qatar olacaq”vilayət rəhbəri
vurğulayıb.
Xatırladaq ki, qatarın işə salınması Azərbaycanın Baş
naziri Əli Əsədov ilə razılaşmaların, o cümlədən Rusiya və Azərbaycanın dəmir
yolu qurumların koordinasiyalı işlərinin, Rusiya Federasiyası Sənaye və Ticarət
Nazirliyinin və digər qurumlarının dəstəyinin nəticəsidir.
tag: Ulyanovski, Astara,AZərbaycan, Yük,Tranzit,todaypress.az,