İlk dəfə yuxuda insanlar arasında əlaqə quruldu

Dünya

12.10.2024 09:10

Alimlər ilk dəfə olaraq yuxu zamanı insanlar arasında ikitərəfli əlaqə qura biliblər.   

TodayPress xəbər verir ki, bu barədə "Daily Mail" yazıb. 

Nəşrin məlumatına görə, alimlər xüsusi avadanlıqdan istifadə edərək evin müxtəlif ucunda yatan iki nəfərin şüurunu birləşdirə biliblər və onlar öz aralarında mesaj mübadiləsi aparıblar. 

Eksperiment iştirakçılarının beyin dalğaları məlumatları uzaqdan serverə ötürən cihaz vasitəsilə izlənilib.

Subyektlərdən biri aydın yuxuya girən kimi server təsadüfi bir söz yaradıb və onu qulaqlıq vasitəsilə tədqiqat iştirakçısına ötürüb. Eksperimentin ikinci iştirakçısı oyananda həmin sözü təkrar edə bilib. 

Alimlər qeyd ediblər ki, yuxulardakı ünsiyyət əvvəllər elmi fantastika kimi görünsə də, gələcəkdə adi hala çevrilə bilər. 

Günəş Mərd

tag: Yuxu,Alim,Əlaqə,Ekspert,Todaypress.az,