İlk ağciyər xərçənginə qarşı peyvənd sınaqdan keçiriləcək

Dünya

24.08.2024 23:34

1253

Həkimlər dünyada ilk mRNT ağciyər xərçəngi peyvəndini xəstələrdə sınaqdan keçirməyə başlayıb.

 

TodayPress xəbər verir ki, bu barədə The Guardian məlumat yayıb.

 

Ağciyər xərçəngi dünyada xərçəng ölümünün əsas səbəbidir və hər il təxminən 1,8 milyon ölümə səbəb olur.

 

“BNT116” adı ilə tanınan və “BioNTech” tərəfindən hazırlanan peyvənd xəstəliyin ən çox yayılmış forması olan kiçik hüceyrəli olmayan ağciyər xərçənginin (KHDAK) müalicəsi üçün nəzərdə tutulub.

 

“BNT116”-nın ilk insan tədqiqatı olan 1-ci faza klinik sınaq yeddi ölkədə - Böyük Britaniya, ABŞ, Almaniya, Macarıstan, Polşa, İspaniya və Türkiyədə 34 tədqiqat yerində başladılıb.


Bildirilirb ki, bu sınaq kimyaterapiyadan fərqli olaraq, sağlam hüceyrələrə toxunmadan insanın xərçəngə qarşı immun reaksiyasını gücləndirməkdir.


Aynur TAC

tag: Xərçəng, ABŞ,Peyvənd,Polşa,BNT116,todaypress.az,