“İlin adamı”nın kimliyi bəlli oldu

Dünya

12.12.2024 18:59

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp “Time” jurnalı tərəfindən “ilin adamı” seçilib. 

TodayPress xəbər verir ki, müvafiq qərar jurnalın saytında dərc olunub.

“Trampın siyasi dirçəlişi Amerika tarixində misilsizdir. Onun ilk müddəti rüsvayçılıqla başa çatsa da, o, bütün yeddi əsas ştatda Demokratik rəqiblərindən birini deyil, ikisini məğlub etdi və 20 ildə xalqın səsini qazanan ilk Respublikaçı oldu. O, Amerika siyasətini və Respublikaçılar Partiyasını yenidən qurdu” deyə nəşr qeyd edib.

Töhfə Səməd

tag: Amerika, Ştat, Partiya,Qərar ,todaypress.az,