İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə
Prezidenti Rəcəb Tayyib Ərdoğana Ankarada hərbi təyyarə və kosmik vasitələrin
istehsalçısı olan TUSAŞ korporasiyasında törədilən terror aktı ilə bağlı
başsağlığı verib.
TodayPress məlumatına görə, başsağlığında deyilir:
"Hörmətli cənab Prezident,
Əziz Qardaşım,
Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ)
törədilmiş terror aktı nəticəsində insanların həlak olması və xəsarət alması
xəbəri bizi olduqca sarsıtdı.
Biz bu xain terror aktını şiddətlə qınayır, Sizə, həlak
olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına şəxsən öz adımdan
və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa
diləyirəm.
Allah rəhmət eləsin!"
Qeyd edək ki, terror aktı nəticəsində dörd nəfər ölüb, 14
nəfər yaralanıb.
tag: Türkiyə, Azərbaycan, Terror, Ərdoğan, TUSAŞ, todaypress.az,